ABŞ-da məktəbdə baş verən atışma nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Corciya ştatının Atlanta şəhəri yaxınlığında məktəbdə atışma baş verib.

Səhər saatlarında qeydə alınan atışma zamanı 4 nəfər ölüb, azı 9 nəfər yaralanıb. Yaralılar təcili yardım avtomobilləri və helikopterlərlə xəstəxanalara çatdırılıblar.

Hadisəni törədən şəxs saxlanılıb. Onun 14 yaşlı gənc olduğu deyilir. Hələlik hadisəni törədən şəxsin məktəbdə təhsil alıb-almamasına dair məlumat qeyd olunmayıb. Hadisə qurbanlarının kimlikləri açıqlanmayıb.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.