ABŞ Dövlət Departamenti Putinin Türkiyəyə səfərini şərh edib

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə gözlənilən səfərinə münasibət bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Departamentin mətbuat katibinin köməkçisi Vedant Patel brifinq zamanı danışıb.

“İlk növbədə, türk tərəfdaşlarımıza öz öhdəlikləri və öz xarici siyasətləri haqqında danışmaq fürsəti buraxırıq. Əgər hər hansı bir ölkə Rusiyanı pis niyyətli hərəkətlərindən çəkindirməkdə mühüm rol oynaya bilərsə, biz bunu alqışlayacağıq”, – o deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının yeni mexanizmini müzakirə edəcəyi ilə bağlı xəbərləri şərh edən Departament nümayəndəsi “taxıl sazişi”nin həyata keçirilməsində Ankaranın mühüm rolunu xatırladıb.

“Ukrayna taxılının nəzərdə tutulan ünvana çatdırılması son dərəcə vacibdir. Əgər bu məsələdə nəzərəçarpacaq irəliləyiş əldə olunarsa, şübhəsiz ki, bunu alqışlayacağıq”, – Patel bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.