ABŞ dövlət katibinin köməkçisi Filip Riker Azərbaycana gəlib

08 İyun 2021 - 15:02

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Filip Rikerin səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker daha əvvəl Gürcüstanda səfərdə olub. O, Azərbaycandan sonra Ermənistana səfər edəcək.