ABŞ dövlət katibinin xüsusi nümayəndəsinin Bakı və İrəvana səfərinin detalları açıqlanmayıb

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın ən yaxşı yollarını müzakirə etmək üçün Yerevan və Bakıda səfərdə olub.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

“Bununla belə, biz Ermənistan və Azərbaycanla davamlı olaraq işləyirik, bu danışıqların asanlaşdırılmasına kömək edirik. Hesab edirik ki, birbaşa dialoq yekun sülh sazişinin əldə olunmasınıda açar rolunu oynayır. Baş verən son irəliləyişlər bizi ruhlandırır və biz bu dinamikanı qoruyub saxlamaq istəyirik”, – deyə açıqlamada qeyd olunub.

Bununla yanaşı, görüşlər qapalı keçdiyi üçün aparılan müzakirələrin detalları açıqlanmayıb.

Əvvəlki məqalə

“Çin Ukrayna ilə münasibətləri inkişaf etdirməyə hazırdır”

Sonrakı məqalə

Avropa Parlamentinə seçkilər başlayıb