“ABŞ hərbçilərinə qarşı hucuma görə təkbaşına cavab verəcəyik” –Ağ Ev

ABŞ  İordaniya-Suriya sərhədində Amerika hərbçilərinə qarşı hücuma təkbaşına cavab vermək niyyətindədir.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Biz ABŞ-ın cavabına hədəflənmişik. Onlar Amerika hərbçilərini öldürüblər”,-deyə Kirbi bildirib.

Kirbi “İraq İslami Müqaviməti”hərəkatının İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ qüvvələrinə qarşı hücuma görə məsuliyyət daşıdığını bildirib. Bu zərbə nəticəsində 3 amerikalı hərbçi həlak olub, 40-dan çoxu yaralanıb. ABŞ baş verənlərə görə də İranı günahlandırır. ABŞ prezidenti Co Bayden çərşənbə axşamı günü bəyan edib ki, Vaşinqtonun İordaniya-Suriya sərhədinə müdaxiləyə dəqiq necə cavab verəcəyi ilə bağlı artıq qərar verib.

Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi başlayandan bəri Suriya və İraqdakı Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar tez-tez baş verir.

Azpost.info

Əvvəlki məqalə

Zelenskinin müşaviri Podolyak Zalujni ilə bağlı məlumatlardan heyrətlənib

Sonrakı məqalə

Azərbaycanda ötən il xarici məhkəmələrin 345 qətnaməsi icra edilib –