ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

O, bir dəqiqəlik sükutla illərlə davam edən münaqişə qurbanlarına ehtiramını ifadə edib.

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfərə gəlib. L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.

Əvvəlki məqalə

Ali Məhkəmə sədrinin səlahiyyət müddəti bitdi –

Sonrakı məqalə

Rusiya “Transparency International”ı xarici agentlər siyahısına daxil etdi