ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin (ANAMA) sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş keçirib.

ANAMA-dan verilən xəbərə görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Edvard Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istəqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.

Əvvəlki məqalə

Fransanın iqtisadiyyat naziri maşını ilə velosipedçini vurub

Sonrakı məqalə

Xankəndi Şəhər Prokurorluğu yaradılıb