Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ABŞ-ı bölgəyə təyyarədaışyan gəmi göndərməklə və etnik konfessiyalar üçün ayrlseçkili leksikondan istifadə etməklə İsrail və Fələstin arasında gərginliyi daha da artırdığına görə tənqid edib.
Azpost.info bidirir ki, bu barədə “Middle East Eye” xəbər verir.
“ABŞ-ın bölgəyə təyyarədaşıyan gəmiləri göndərməsi sülhün bərqərar olmasına və tərəflər arasında gərginliyin azaldılmasına töhfə vermir”, – deyə Ərdoğan televiziya ilə müraciəti zamanı deyib.
“ABŞ dövlət katibi Blinken deyir: “Mən İsrailə dövlət katibi kimi yox, yəhudi kimi yanaşıram. Bu necə yanaşmadır? İnsanlar buna cavabında müsəlman olaraq bölgəyə müsəlman olaraq yaxınlaşacaqlarını desələr nə deyərdiniz? İnsanlara insan kimi yanaşmaq lazımdır”-deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti həmçinin bildirib ki, Qəzzanın 360 kvadrat kilometrliyində yaşayan iki milyon insanın elektrik, su, yanacaq və ərzaq təminatının kəsilməsi İsrail tərəfindən fundamental insan haqlarının pozulmasıdır.
“Qəzzalıları cəzalandırmaq problemi daha da mürəkkəbləşdirəcək və daha çox ağrı, gərginlik və göz yaşlarına səbəb olacaq”, – deyə Ərdoğan bildirib.
O, həmçinin ABŞ və Böyük Britaniyanı bölgəyə yardımdan çox təyyarə göndərdiklərinə görə tənqid edib.
Azpost.info