2023-cü ildə ABŞ Rusiyadan 1,2 milyard dollar dəyərində uran alıb.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ statistika xidmətindən bildirilib.
Bu, bütün statistik müşahidələr dövrü üçün ən yüksək göstərici olub.
Alış ötən ilin sonunda Nümayəndələr Palatasının Rusiya mənşəli mal və məhsulların idxalına qadağa qoyması fonunda kəskin artıb. Bundan dərhal sonra alışlar iki dəfə artaraq ən yüksək göstəriciyə çatıb.
Azpost.info