ABŞ Maliyyə Nazirliyinin dünən elan etdiyi yeni sanksiyalar paketinin bir hissəsi olaraq daha 5 iri Rusiya bankı “qara siyahı”ya əlavə edilib və Birləşmiş Ştatların müxbir hesablarına giriş imkanını itirib.
Azpost.info xəbər verir ki, onların arasında müharibə başlamazdan əvvəl aktivləri və fiziki şəxslərin əmanətlərinin həcminə görə ilk 15-likdə olan “Rosneft”ə məxsus “Rusiya Regional İnkişaf Bankı”, VTB-yə məxsus “Post Bank”, “Absolut Bank” və araq maqnatı Rüstəm Tarikoya məxsus “Rusiya Standard Bankı” da var.
Bundan başqa, BƏƏ-də qeydiyyatdan keçmiş “ARX Financial Engineering Limited” şirkəti də sanksiyaya məruz qalıb.
ABŞ Maliyyə Nazirliyinə görə, şirkət Rusiyadan vəsaitlərin çıxarılması əməliyyatlarında iştirak edib, investorlara xaricə pul yatırmaq imkanları təqdim edib. Həmçinin Rusiyanın ikinci ən böyük dövlət bankı olan VTB-nin müştəriləri üçün rublu dollara çevirib.
Azpost.info