ABŞ Senatı Ukraynaya ayrılacaq yardımın məbləğini açıqlayıb

ABŞ Senatı ölkə sərhədinin qorunması, Kiyev və İsrailə 118,28 milyard dollarlıq yardım haqqında kompromis qanun layihəsini təqdim edib.

Azpost.info bildirir ki, bu barədə açıqlanan sənədin mətnində qeyd edilib.

Layihəyə əsasən, bu məqsədlər üçün ümumilikdə 118,28 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur. Bunun da 60,06 milyard dolları Ukraynanın dəstəklənməsinə, daha 14,1 milyard dolları isə İsrailə veriləcək.

Senatorlar Amerika sərhədlərinin mühafizəsini 20,2 milyard dollar məbləğində maliyyələşdirməyi təklif edirlər. Bu da qanun layihəsinin müəlliflərinin Kiyevə vermək istədiklərindən təxminən üç dəfə azdır.

Qalan vəsait ABŞ-ın Qırmızı dəniz münaqişəsi ilə bağlı əməliyyatlarına, Hind-Sakit okean regionunda “Çinin qarşısını almaq” səylərinə və humanitar yardıma xərclənəcək.

ABŞ prezidenti Co Bayden Senatın sərhəd təhlükəsizliyi, Kiyev və İsrailə yardımla bağlı qanun layihəsini dəstəklədiyini bildirib və Konqresi onu mümkün qədər tez qəbul etməyə çağırıb.

Əvvəlki məqalə

Messi meydana çıxmadı, azarkeşlər bilet pullarını geri tələb etdilər

Sonrakı məqalə

“Hərbi əməliyyatlarda durğunluq başlayıb” –