ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək -TRAMP
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək.
Bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
O bildirib ki, bu məsələ ilə bağlı ABŞ Dövlət katibi Marko Rubio ilə sıx əməkdaşlıq aparılır.
"Biz Türkiyəyə qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracağıq. Artıq bunun vaxtı çatıb. Dostlarımıza qarşı bu cür sanksiyalar tətbiq etmək istəmirik. Onsuz da sanksiya tətbiq olunacaq kifayət qədər insan var", – deyə Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin Suriya ilə bağlı da fikirlərini bölüşərək yeni Suriya rəhbərliyi ilə yaxşı münasibətlərinin olduğunu vurğulayıb.
"Suriyanın yeni lideri ilə də yaxşı münasibətlərimiz var. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Suriyada həqiqətən çox yaxşı iş gördük", – deyə Tramp əlavə edib.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...