ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalayacaq- “The Financial Times”

ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.

Nəşrin mənbələrinə görə, ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski iyunda İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində saziş bağlaya bilərlər.

Bu saziş Ukraynanın NATO-ya üzv digər dövlətlərlə artıq bağladığı bir sıra təhlükəsizlik sənədlərində ən əhəmiyyətlisi olacaq. Sənər ABŞ-ın Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.

Azpost.info

Əvvəlki məqalə

14 ölkədən QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Sonrakı məqalə

“Ermənistanın KTMT-də qalmasına heç bir maneə yoxdur”