Avropa İttifaqı və 30-dan çox ölkə Ukraynanın yenidən qurulmasına dəstək bəyannaməsini qəbul edib.
Azpost.info bildirir ki, sənədin əsas məqamlarına aşağıdakılar daxildir:
-Ukraynanın Aİ-yə üzvlük yolunda bərpasına hərtərəfli yardım;
-Ukrayna Donor Platforması vasitəsilə dəstəyin əlaqələndirilməsi;
– Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ilin sonuna qədər təxminən 50 milyard dollar məbləğində əlavə maliyyə dəstəyinin göstərilməsi. Bu pulların bir hissəsi müdafiə xərcləri üçün istifadə olunacaq.
İmzalayan tərəflər Rusiyanın öz məqsədlərinə çata bilməməsi, müharibə bitdikdən sonra Ukraynanın Kremlin təhdidlərinə qaeşı davamlı iqtisadiyyatını təmin edəcəklərinə dair öhdələrinə götürüblər.