“ABŞ və Çin danışıqlarda ciddi uğur əldə etməyib, tərəflər yalnız danışıqları davam etdirmək barədə razılığa gəliblər”.
Azpost.info bildirir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, danışıqlar iki ölkəni münaqişə həddinə çatdıran məsələlərdə cüzi irəliləyiş əldə etməyə imkan verib. Nəşrin qeyd etdiyi kimi, ABŞ və Çin liderləri Co Bayden və Si Cinpinin elan etdiyi razılaşmalar təvazökar olub. Vaşinqton və Pekin danışıqlara davam etmək və “böhran zamanı telefonu götürmək” barədə razılığa gəliblər.
“The New York Times”-ın qeyd etdiyi kimi, bir neçə il bundan əvvələ nisbətən indi Çin və Amerika arasında əməkdaşlıq sahələri çox azdır.
Daha əvvəl San-Fransiskoda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində çıxış edən Bayden bildirib ki, ABŞ və Çin hər iki istiqamətdə intensiv diplomatiyanı, o cümlədən yüksək səviyyəli telefon əlaqəsi formasında davam etdirəcəklər.