ABŞ və Britaniya bu qış Ukrayna enerji sistemini qorumaq üzərində işləyir

ABŞ və Böyük Britaniya Ukrayna enerji şəbəkəsinin Rusiyanın hücumlarından müdafiəsini gücləndirmək üçün Kiyevlə işləyir.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink bildirib.

“Rusiyanın hücumları fonunda işıqların, isitmə və enerjinin davamlı olmasına kömək etmək üçün işləyirik”, – səfir deyib.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri və Böyük Britaniya nümayəndələri ilə bu qış enerji sistemini qorumaq üçün birgə səyləri müzakirə edəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Baydenin reytinqi ən aşağı səviyyəyə düşüb

Sonrakı məqalə

Sabah hava necə olacaq?