“ABŞ yaxın günlərdə Qəzzada atəşkəsə nail olmağı planlaşdırır”- BAYDEN

“ABŞ və İsrail Misir, Qətər və Türkiyənin vasitəçiliyilə yaxın günlərdə Qəzza zolağında atəşkəsə nail olmağı planlaşdırır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Yaxın günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digərləri ilə birlikdə girovların azad edilməsi ilə yanaşı Qəzzada atəşkəsə nail olmaq üçün daha bir cəhd edəcək”, – Bayden “X”də yazıb.

O əlavə edib ki, Vaşinqton Qəzzada radikal HƏMAS hərəkatını hakimiyyətdən kənarlaşdırmaqla müharibəyə son qoymaq niyyətindədir.

ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da “Reuters”ə bildirib ki, Bayden çərşənbə günü atəşkəsə nail olmaq üçün işə başlayacaq.

Azpost.info

Əvvəlki məqalə

“Beşiktaş”ın prezidenti istefa verdi

Sonrakı məqalə

Azərbaycan vətəndaşı olan 37 mühacir Almaniyadan ölkəyə qaytarılıb