ABŞ Yaxın Şərqə idarə olunan raketlə təchiz edilmiş nüvə sualtı gəmisi USS Georgia (SSGN 729) göndərəcək.
Azpost.info xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında bildirib.
Ostin Vaşinqtonun qərarını regional gərginliyin artması ilə izah edib.
Ostin ABŞ-ın İsraili qorumaq üçün bütün mümkün tədbirləri görməyə sadiqliyini bir daha təsdiqləyib və regional gərginliyin artması fonunda ABŞ-ın Yaxın Şərqdə hərbi gücünü və imkanlarını gücləndirdiyini qeyd edib.
Azpost.info