Abxaziyada növbədənkənar prezident seçkiləri bu tarixə təyin edilib

Abxaziyada növbədənkənar prezident seçkiləri 2025-ci il fevralın 15-nə təyin edilib.

Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Parlamentin spikeri Laşa Aşubanın iclasda qeyd edib ki, seçkilər ölkəyə təxminən 20-25 milyon rubla başa gələcək.

Daha əvvəl müxalifətin etirazları fonunda istefa vermiş Abxaziyanın keçmiş prezidenti Aslan Bjaniya növbədənkənar seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib. O, bundan sonra da ölkənin siyasi həyatında iştirak edəcəyinə söz verib.

Azpost.info

Əvvəlki məqalə

Sahibkarları şantaj edən 4 sayt rəhbəri həbs edilib

Sonrakı məqalə

Olimpiya çempionumuz Lamiyə Vəliyeva əcnəbi ilə ailə qurur