Ad günü məclisində arvad ərini bıçaqladı

Bakının Nizami rayonunda məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Keşlə qəsəbəsində qeydə alınıb.

Belə ki, Mirzə Ələkbər Sabir küçəsi 9 ünvanında yaşayan 1966-ci il təvəllüdlü Səfərov Qurbanəli Əli oğlu doğum günü məclisi keçirib. Məclisdə həyat yoldaşı onunla mübahisə edib. Qadın həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Yaralı kişi Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Əvvəlki məqalə

Bakı və İrəvan sülh sazişinə doğru irəliləyiş əldə edib –

Sonrakı məqalə

Süni intellekt Baydeni narahat edib –