Bulğur fol turşusu tərkibi sayəsində uşaqlar və hamilə qadınlar üçün vacibdir. Əslində, bulqur hamiləliyin ilk 3 ayında yeyilirsə, qadınlar fol turşusunu dərman vasitəsi ilə deyil, birbaşa ondan götürə bilərlər.Bulqur həm də, uşaqların beyin inkişafına çox əhəmiyyətli təsir göstərir.
Faydaları saymaqla bitməyən bulqur bir çox tərəvəzdən daha çox dəmirlə zəngindir. Onun tərkibində o qədər dəmir var ki, qan azlığı və dəmir əskikliyi problemi yaşayan xəstələrə bulqur yemələri tövsiyə olunur. Bulğurda olan dəmir miqdarı ispanaqdakından da çoxdur.
Bulğur 1 ayda 5-8 kiloqrama qədər arıqlamağınıza yardımçı olacaq. Bu pəhriz zamanı orqanizm vitamin, mineral, kalsium, zülallardan geri qalmadığı üçün sağlam hesab olunur.
Yüksək miqdarda lif ehtiva edən bulqur uzun müddət tox tutma xüsusiyyətinə malikdir. 100 qram bulqurda 8.2 qram lif vardır. Lifli qidalar xolesterolu aşağı salıcı təsiri sayəsində öd turşularının qarşısını alaraq, pəhrizdə ümumi yağ və xolesterolu tənzimləyir.