Adrian Mutu “Neftçi”yə yeni baş məşqçi təyin edilib-RƏSMİ AÇIQLAMA

Rumıniyalı Adrian Mutu “Neftçi”də yeni baş məşqçi təyin edilib.

Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəflə görüşdə klubun hazırkı durumu, qarşıya qoyulan hədəflər və gözləntilər müzakirə olunub, ardınca Mutu ilə iki illik müqavilə imzalanıb.

Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bununla bağlı xüsusi mətbuat konfransı təşkil olunacaq.

Mutu karyerası ərzində Voluntari” (2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya” (Krayova, 2021) və “Rapid”in (2022-2023) baş məşqçisi olub. O, futbolçu kimi İtaliyada “İnter”, “Verona”, “Parma”, “Yuventus”, “Fiorentina”, “Çezena”, İngiltərədə “Çelsi”, Fransada “Ayaçço” və Hindistanda “Puna Siti” klublarında legioner həyatı yaşayıb, Rumıniya millisində 77 oyunda 35 qol vurub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.