I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: “Turan Tovuz”
  1. Qocayev Sənan – futbolçu
  2. Rüstəmov Misir – futbolçu
  3. Bağırov Emin – futbolçu
  4. Sadıqov İlkin – futbolçu
  5. Məmmədov Rüfət – futbolçu
  6. Tağıyev Eltay – futbolçu
  7. Quluzadə Şahin – futbolçu
“Ağsu”
  1. Kərimov Rəşad – icraçı direktor
  2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
  3. Hacıyev Ənvər – klubun işçisi
  4. Əliyev Ramil – futbolçu
  5. İbrahimov Vüsal – futbolçu
  6. Əmrahov Qalib – futbolçu
  7. Əliyev Elçin – futbolçu
  8. Əliyev Məhəmməd – futbolçu
  9. Həşənov Şamo – futbolçu
  10. Mirzalıyev Ruslan – futbolçu
  11. Quliyev Orxan – futbolçu
  12. Rəhimov Fərrux – futbolçu
  13. Həşimov Elçin – futbolçu
  14. Babayev Malik – futbolçu
  15. Kərimov Ramil – futbolçu
  16. Mustafayev Vüsal – futbolçu
  17. Məmmədov Kənan – futbolçu
“Zirə-2”
  1. Əliyev Səbuhi – futbolçu
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər. Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.