“Afrika BMT TŞ-nin daimi üzvləri arasında təmsil olunmalıdır”- Quttereş

Afrika BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında təmsil olunmur, bu vəziyyət qəbuledilməzdir.

Azpost.info xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında Afrikanın qlobal sülh və təhlükəsizlikdəki roluna toxunub.

“Biz bir milyarddan çox əhalisi olan qitədən BMT Təhlükəsizlik Şurasında daimi nümayəndənin olmaması faktını qəbul edə bilmərik”, – Quttereş bildirib.

Onun sözlərinə görə, 1945-ci ildən bəri BMT Təhlükəsizlik Şurası qlobal sülh və təhlükəsizliyin əsasını təşkil edir, lakin onun təməlindəki çatlar gözardı etməyəcək qədər böyükdür.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.