Ağcəbədidə 70 yaşlı kişi arvadını öldürdü

Yanvarın 15-də saat 17 radələrində Ağcabədi rayonunda 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyevin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı başsağlığı verdi

Sonrakı məqalə

“Müharibə bitsə belə, Qərb-Rusiya münasibətləri normallaşmayacaq” –