Ağdam, Xocavənd və Füzulidəki mövqelərimiz atəşə tutulub –RƏSMİ

Martın 10-u saat 09:50-dən 17:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir