Ağdam yolu ilə Xankəndiyə növbəti humanitar yardım karvanı yola düşüb

 Prezidentinin Administrasiyası məlumat yayıb.

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 

**

Ağdam yolu ilə növbəti humanitar yük və tibbi ləvazimatlar Xankəndiyə yola salınıb.

İçərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili, həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə göndərilib.

Əvvəlki məqalə

13 min 550 erməni sakin Qarabağdan Ermənistana gedib

Sonrakı məqalə

Sabirabadda 11 şagird və bir müəllim zəhərlənib