Ağdamda yerləşən Türkiyə hərbi kontingentinə yeni rəhbər təyin edilib

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri Abdullah Katırçınin  səlahiyyət müddəti başa çatıb.

Azpost.info bildirir ki, bununla bağlı müdafiə naziri Zakir Həsənov general-leytenant Abdullah Katırcını qəbul edib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb.

Müdafiə naziri general A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra general-mayor Fatih Akpınar rəhbərlik edəcək.

Bu mərkəz 2021-ci il yanvarın 30-da yaradılıb. Onun yaradılma məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanıb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Bakıda ana 1 yaşlı oğlunun yeməyinə zəhər qataraq öldürüb