Ağdaşa toya dəvət alan Qobustan sakini bıçaqlanıb.
Hadisə dünən axşam saatlarında rayon mərkəzində baş verib.
İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib.
Toya dəvət alan İlkin İsgəndərli ilə digər şəxs və ya şəxslər arasında baş verən mübahisə sonradan davaya çevrilib.
Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Sentyabrın 8-də saat 00:05 radələrində Ağdaş şəhərində 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Qadir Məmmədov saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.