Xalq artisti Ağacəbrayıl Abasəliyev ürəyindən əməliyyat olunub.
Azpost.info bildirir ki, bu barədə həkim, deputat Rəşad Mahmudov bildirib.
Onun sözlərinə görə, sənətkar ötən həftə kəskin ifarkt diaqnozu ilə xəstəxanaya gətirilib: “Ən çətin və məsuliyyətli əməliyyat oldu. Xəstəxanamıza çox ağır vəziyyətdə gətirilən sənətkarımızı əməliyyata almaq məcburiyyətində qaldııq. Dəyərli sənətkar, hamımızın sevimlisi, xalq artisti Ağacəbrayıl Abasəliyevin ürək əməliyyatı oldu. Uzun illər xalqımızın qəlbini və ruhunu mənəvi müalicə edən sənətkarımızın ürəyinə toxunmaq bizim üçün həm şərəfli və həm də çox həyəcanlı idi…”
Allahdan bütün xəstələrə şəfa diləyirik.
