“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü mühüm addımdır”- Borrel

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü alqışlayıram.

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabında bildirib.

Paylaşımda deyilir: “Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır. Avropa İttifaqı sülhsevər və təhlükəsiz Cənubi Qafqazı bütövlüklə dəstəkləyir. Münasibətlərin normallaşması, sülhün əldə edilməsinə yalnız birbaşa dialoqla nail olmaq mümkündür”.

 

 

Əvvəlki məqalə

Ərdoğan İrana yola düşüb

Sonrakı məqalə

Vladimir Putin sabah İrana səfər edəcək