Aİ liderləri ABŞ seçkilərinin nəticələrini və Gürcüstanı müzakirə edəcəklər

Avropa İttifaqının dövlət və hökumət başçıları ABŞ seçkilərindən sonra transatlantik əlaqələri və Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi bildirib.

Görüş noyabrın 7-8-də Macarıstanın paytaxtında keçiriləcək.

“Həmin gün axşam saat 20:00-da liderlər Macarıstan parlamentində qeyri-rəsmi şam yeməyində qeyri-rəsmi görüşə başlayacaq və orada seçkilərdən sonra transatlantik münasibətləri və Gürcüstandakı vəziyyəti müzakirə edəcəklər”, – o bildirib.

Azpost.info

Əvvəlki məqalə

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı

Sonrakı məqalə

Bakıda yağış, Şahdağ və Altıağacda qar yağır