Avropa İttifaqı ölkələrinin liderləri anlamağa başlayıblar ki, dünyada yeni reallıq yaranır və Avropa Ukraynadakı münaqişənin tezliklə həllində maraqlı olmalıdır.
Azpost.info xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, əvvəla Ukrayna cəbhəsində vəziyyət Rusiyanın xeyrinə dəyişməkdə davam edir, ikincisi, yanvarın 20-də ABŞ-da hakimiyyət Ukrayna problemi ilə məşğul olmaq niyyətində olan yeni prezident Donald Trampa keçəcək.
Baş nazir qeyd edib ki, dəyişiklik gəlir, çünki ABŞ-ın başqa prezidenti olacaq, transatlantik münasibətlər dəyişəcək və insanlar sanksiyalardan, müharibədən və müharibə inflyasiyasından yorulub.
Azpost.info