Avropa Komissiyası Ukraynanı Aİ müdafiə sənayesinin inkişafı strategiyasının hazırlanmasına cəlb edib.
Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, bu, gələcəkdə Kiyevin Aİ-nin müdafiə proqramlarına inteqrasiyasına gətirib çıxaracaq ilk addımdır.
“Biz Ukraynanın müdafiə sənayesini öz müdafiə sənayemizin bir hissəsi kimi düşünməliyik. Buna görə də biz Ukraynanı müdafiə sənayesi strategiyamızın hazırlanmasına cəlb etdik”, – o qeyd edib.
Azpost.info