“Qəzza zolağında humanitar fasilə uzadılmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
Onun sözlərinə görə, bu, Yaxın Şərqdə münaqişənin diplomatik yolla həllinə nail olmağa kömək edəcək: “Münaqişənin diplomatik həllinə imkan yaratmaq üçün hərbi əməliyyatlardakı fasilə uzadılmalıdır”.
Borrel əlavə edib ki, bölgədə təhlükəsizlik Fələstin dövlətinin yaradılması ilə təmin olunacaq.
Azpost.info