Aİ Rusiyanın dondurulmuş aktivlərindən girov kimi istifadə edə bilər- “Bloomberg”

G7 ölkələri və Avropa İttifaqı Ukraynanın yenidən qurulmasını maliyyələşdirməyə kömək etmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş 250 milyard dollardan çox aktivlərindən girov kimi istifadə etmək planını müzakirə edir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Müzakirə olunan təklifə əsasən, Kiyevin müttəfiqləri dondurulmuş Rusiya aktivlərini girov kimi istifadə edərək, Ukraynanın yenidən qurulmasına maliyyə yardımı üçün borc verə bilər.

Planın tərəfdarları hesab edirlər ki, münaqişənin beynəlxalq hüquq normalarına uyğun hər hansı həlli Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəmək məcburiyyətində qalmasına gətirib çıxaracaq.

Hazırda planla bağlı texniki müzakirələr aparılır. Hələlik bu məsələ ilə bağlı siyasi qərar qəbul edilməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.