Akif İslamzadənin 40 il əvvəl muğam oxuduğu nadir görüntülər –VİDEO

Azərbaycanın məşhur muğənnisi, xalq artisti Akif İslamzadə repertuarında daha çox estrada mahnılarına yer verib. 

Azpost.info bildirir ki, internetdə sevimli sənətkarımızın Azərbaycan televiziyasının efirində muğam və təsnif oxuduğu nadir görüntülər yayımlanıb.

Həmin görüntülərdə A.İslamzadə muğam və ardınca “olmaz,olmaz” xalq mahnısını oxuyur. Konsert 80-ci illərin əvvələrində yazılıb.

Görüntülər maraqla qarşılanıb.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Xanəndə Sara Qədimovanın övladıdır.

İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

120-dən çox mahnının ifaçısıdır.

 

Əvvəlki məqalə

Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib

Sonrakı məqalə

Laçın-Xankəndi yolunda aksiya davam edir –