Aktyor və həyat yoldaşı nə üçün öldürülüb? –Detallar

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvadın qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.

Qətlin tamah məqsədilə törədilməsi məlum olub.

Belə ki, 1973-cü il təvəllüdlü İslam Hadıyev saat 21 radələrində metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanında 85 yaşlı İosif Tkaçın yaşadığı evə aldatma yolu ilə daxil olub. O, İosif Tkaçı boyun nahiyəsinə kəsici alətlə xəsarət yetirərək, həyat yoldaşı Lyudmila Tkaçı isə alın nahiyəsinə küt alətlə vuraraq öldürüb.

Mənzildə axtarış aparan İ.Hadıyev pul və bahalı əşya aşkar edə bilməyərək oradan uzaqlaşıb. Polisin keçirdiyi tədbirlərlə İ.Hadıyev saxlanılıb.

Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. (Qafqazinfo)

Əvvəlki məqalə

Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar

Sonrakı məqalə

NATO Rusiya sərhədləri yaxınlığında ən böyük təlimini keçirməyə hazırlaşır