Alban-udi dini icması Kəlbəcərdə Xudavəng monastırını ziyarət edib-FOTOLAR

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.
Azpost.info bildirir ki, bu barədə dini icmanın rəhbəri Robert Mobili məlumat verib.
Ziyarət zamanı icma nümayəndələri burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar.
Xatırladaq ki, çar Rusiyası 1828-ci ildən sonra Qarabağa köçürülmüş ermənilərin fitvası ilə Alban kilsələrinin fəaliyyətini dayandırmış və onun mülkiyyətini qriqoryan kilsəsinə vermişdir. 160 il ərzində tarixi ədalətsizliyə etiraz edən udi etnosu bu müddətdə qriqoryanlığı qəbul etməyib, özlərini Alban (Qafqaz) apostol müstəqil kilsəsinin varisləri sayıblar.
Əvvəlki məqalə

Si Cin Pin üçüncü dəfə Çin Kommunist Partiyasının sədri seçilib

Sonrakı məqalə

Hacıqabulda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib