“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub” –

SPİKER
06 Noyabr 2020 - 11:26

“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bu gün işğaldan azad edilmiş bir çox kənd, qəsəbə, şəhərdə Azərbaycan bayrağı dalğalanır: “Son 17 ildə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir”.