ABŞ-ın Kentukki ştatında bir kişi 100.000 dollar alimenti ödəməmək üçün öz yalançı ölümünü təşkil edib.
Azpost.info bildirir ki, bu barədə NBC News məlumat verib.
39 yaşlı Cessi Kipf məhkəmədə ölümünü saxtalaşdırdığını etiraf edib. O, ABŞ-ın Kentukki ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsində şəxsi məlumatların oğurluğunda və kompüter fırıldaqlığında təqsirli bilinib.
İddiaya əsasən, Kipf 2023-cü ilin yanvarında digər ştatda yaşayan həkimin məlumatlarından istifadə edərək Havay adalarının ölüm qeydiyyatı sisteminə daxil olub. Bundan sonra o məlumat bazasında özünün öldüyünü təsdiq edib.
Azpost.info