Aliment verməmək üçün özünün yalançı ölümünü təşkil etdi

ABŞ-ın Kentukki ştatında bir kişi  100.000 dollar alimenti ödəməmək üçün öz yalançı ölümünü təşkil edib.

Azpost.info bildirir ki, bu barədə NBC News  məlumat verib.

39 yaşlı Cessi Kipf məhkəmədə ölümünü saxtalaşdırdığını etiraf edib. O, ABŞ-ın Kentukki ştatının Şərq Bölgəsi üzrə Dairə Məhkəməsində şəxsi məlumatların oğurluğunda və kompüter fırıldaqlığında təqsirli bilinib.

İddiaya əsasən, Kipf 2023-cü ilin yanvarında digər ştatda yaşayan həkimin məlumatlarından istifadə edərək Havay adalarının ölüm qeydiyyatı sisteminə daxil olub. Bundan sonra o məlumat bazasında özünün öldüyünü təsdiq edib.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.