Alla Puqaçovanın Moskvadakı bağ evi satışa çıxarılıb- Bu qiymətə (FOTO)

Rusiya estradasının ulduzu Alla Puqaçovanın Moskva ətrafındakı bağ evi satılır.

Azpost.info xəbər verir ki, evi sənətçinin nəvəsi Nikita Presnyakov satışa çıxarıb.

Əmlakın reklamı internetdə martın 6-da çıxıb. İlkin olaraq malikanənin dəyəri xarici valyutada göstərilib və 3 milyon dollar olub. Lakin qiymət tezliklə dəyişdirilib və indi onu 225 milyon rubla almaq olar.

Üç mərtəbəli malikanə Solneçnoqorsk rayonunun Berejki kəndində 70 sot ərazidə yerləşir. Malikanədə altı yataq otağı, mətbəx, yemək otağı, kitabxana, geyinmə otağı, üzgüçülük hovuzu olan spa sahəsi, bar və bilyard otağı olan istirahət otağı, həmçinin kinoteatr var.

Bu bağ evi əvvəllər Alla Puqaçovanın sevimli istirahət yeri olub, lakin son illərdə orada yalnız Nikita Presnyakov və onun həyat yoldaşı Alena Krasnova yaşayıb. Onlar da Rusiyanı 2022-də tərk ediblər. İndi sənətçinin nəvəsi ABŞ-da işləyir və məşhurlar üçün videolar çəkir.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Almaniya kansleri Şoltsla təkbətək görüşü başlayıb

Sonrakı məqalə

İcra hakimiyyətinin şöbə müdiri niyə işdən çıxarılıb?