Allahşükür Paşazadə II İliyanı azad edilmiş ərazilərdə dualar etməyə dəvət edib

Tbilisidə səfərdə olan Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Patriarxı II İliya tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.

Təltifetmə mərasimində çıxış edən Patriax II İliya bildirib ki, Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və qardaşlıq əlaqələri var.

“Bizim dostluğumuza heç kim və heç nə toxuna bilməz, dostluğumuz əbədidir. Bəzi məsələlərin müzakirəyə ehtiyacı var və biz əminik ki, bu həll oluna bilər. Biz mühüm bir qərar qəbul etdik və sizi Gürcüstan ordeni ilə təltif edəcəyik”,-deyə II İliya bildirib.

Allahşükür Paşazadə isə öz növbəsində təltifə görə təşəkkür edib və bildirib ki, bu, iki dövlət və xalq arasında dostluq və qardaşlığın göstəricisidir. O, iki ölkənin dövlət başçısı arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğunu vurğulayıb.

Allahşükür Paşazadə II İliyanı Azərbaycana səfər edərək azad edilmiş əraziləri ziyarət etməyə, orada dualar etməyə dəvət edib.

Əvvəlki məqalə

Beynəlxalq Media Forumun iştirakçıları Cıdır düzünə və Şuşa qalasına səfər ediblər

Sonrakı məqalə

Ağ Ev Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan razılaşmanı alqışlayıb