Almaniya İranla dialoqu dayandırdı- Diplomatik pasport sahiblərinə məhdudiyyət qoydu

“Almaniya İranla enerji və iqtisadiyyat sahələrində ikitərəfli dialoqu dayandırır”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Berbok onu da bildirib ki, Almaniya İran diplomatik pasportu sahiblərinə viza verilməsini məhdudlaşdırır.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq etmişdi. Nazirlik bəyan etmişdi ki, Almaniya vətəndaşları İranda saxlanma, sorğu-sual, hətta uzunmüddətli həbs cəzası riski ilə üz-üzədirlər. Üstəlik, həm Almaniya, həm də İran vətəndaşlığı olanlar xüsusilə risk altındadır.

Bundan əvvəl Berbok xəbərdarlıq etmişdi ki, Avropa İttifaqı (Aİ) İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edəcək. Onun sözlərinə görə, sanksiyalar tətbiq olunacaq İran vətəndaşları Aİ sərhədini keçə bilməyəcək, aktivləri (əgər varsa-red:) dondurulacaq.

Azpost.info

Əvvəlki məqalə

“”Anar getsə, AYB dağılar” fikri ilə razı deyiləm” –

Sonrakı məqalə

ABŞ İlham Əliyev və Paşinyanın Soçidə görüşünə münasibət bildirdi