Almaniya Prezidenti Bundestaqa seçkilərin tarixini təsdiqləyib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqa (Almaniya parlamenti) seçkilərin 2025-ci il sentyabrın 28-də keçiriləcəyini rəsmi şəkildə təsdiqləyib.

TASS xəbər verir ki, bu barədə Almaniya dövlət başçısının dəftərxanası məlumat yayıb.

“Prezident hökumətin tövsiyəsi ilə 2025-ci ildə Bundestaqa seçkilərin keçirilməsi haqqında sərəncam imzalayıb. 21-ci çağırış Almaniya Bundestaqına seçkilər 28 sentyabr 2025-ci il tarixində keçiriləcək”, – məlumatda bildirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.