Almaniyada Füzulinin 530 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb

Azərbaycanın dahi şair və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə Almaniyada xüsusi poçt markası buraxılıb.

Poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış poçt markasının üzərində görkəmli şairin portreti əks olunub.

Poçt markasının məlumat hissəsində Məhəmməd Füzulinin zəngin yaradıcılığının Azərbaycanla yanaşı, ölkəmizdən kənarda da geniş coğrafiyada ədəbi mühitə böyük təsir göstərdiyi vurğulanıb. Onun bədii-fəlsəfi irsinin Azərbaycan poeziyasını yeni zirvələrə qaldırdığı, ana dilimizin inkişafına töhfələr verdiyi qeyd olunub. Həmçinin Məhəmməd Füzulinin şeirlərinin ahəngdar və ifadəli xarakterinin onları musiqi əsərləri üçün ideal material etdiyi, Avropada çoxlu sayda rəssam və şairlərin yaradıcılığına da təsir göstərdiyi diqqətə çatdırılaraq, şairin aşağıdakı beyti təqdim edilib:

“Aşiq oldur kim, qılır canın fəda cananına,

Meyli-canan etməsin hər kim ki, qıymaz canına”.

Poçt markası Azərbaycanın Almaniyadakı səfirliyinin Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə sentyabrın 18-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirdiyi “Qəlbimdəki şair” (Der Poet in mir) adlı tədbirdə iştirakçılara təqdim olunub(azərtac)

Əvvəlki məqalə

Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin ÇIXIŞI –

Sonrakı məqalə

Bakı-Sumqayıt qatarları üzrə tariflər artırılır