Almaniyada karuseli nasist svastikasına oxşatdılar, qalmaqal düşdü –VİDEO

Almaniyanın Lefingen şəhərində “Tatzmania” yerli əyləncə parkındakı attraksiona görə böyük qalmaqal baş verib.

Azpost.info bildirir ki,  “Qartalın uçuşu” adlı karuselin nasist svastikasına bənzərliyi narazılıq yaradıb. Karusellə bağlı video Reddit-də yerləşdirildikdən sonra tez bir zamanda yayılıb.

Parkın rəhbərliyi həmin görüntülərə baxdıqdan sonra attraksionun fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəliblər. “Tatzmania” nümayəndəsinin sözlərinə görə, onlar “Qartalın uçuşu”nun svastikaya bənzəməsi onlar üçün gözlənilməz olub. Parkın sözçüsü Rüdiger Braun bildirib ki, istehsalçının hazırladığı eskizlərdə svastikaya oxşarlıq görünməyib. O deyib ki, atraksionun görünüşü dəyişəcək.

“Bild”in məlumatına görə, karuselin qollarından biri çıxarılacaq, oxların hər birində minmək istəyənlər üçün üç kabinə olacaq.

Azpost.info

 

 

Əvvəlki məqalə

Bu çimərlikdə musiqiyə qulaq asmağa görə 36 min avro cərimə yazılır

Sonrakı məqalə

Yasamalda 33 yaşlı kişi ürəyindən bıçaqlanıb