Almaniyanın Münxen şəhərində “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının sabiq rəhbəri Mirzə Xəzərin dəfn mərasimi keçirilir.
Azpost.info bildirir ki, mərhumun cənazəsi Münxenin yəhudi sinaqoqunda qoyulub. Avropada yaşayan azərbaycanlılar Mirzə Xəzərlə vidalaşmaq üçün ora gəliblər.
Qeyd edək ki, Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayırdı. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.