AMİP seçkilərdə iştirak barədə qərar verdi –Namizədlər siyahıısında Etibar Məmmədov varmı?

Azərbaycan Milli İstilal Partiyası parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.

Bu barədə AMİP rəsmilərindən Əli Orucov Azpost.info-ya bildirilib.

Partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında 1 sentyabra təyin olunmuş parlament seçkilərində iştirakla bağlı qərar qəbul edilib.

İddialı namizədlərin ilkin siyahısı müəyyənləşdirilib.

AMİP lideri Etibar Məmmədovun namizdəliyinin irəli sürülməsi barədə qəti qərar yoxdur. “Parlamentdə iştirak məsələsi Etibar bəyin özünün şəxsi qərarına bağlıdır. Hələki bu qərarını açıqlamadığından konkret fikir yürütmək mümkün deyil”-deyə Ə.Orucov bildirib.

Əvvəlki məqalə

İranlı cərrah xəstənin qarnından 16 kiloqramlıq şişi çıxarıb

Sonrakı məqalə

İctimai Şuralarda qadınlar necə təmsil olunur?